Xəzər Xəbər

Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə qıcıqlanırsınızsa, BU ÇAY SİZİN ÜÇÜNDÜR

Cəmiyyət | 15:41 • 24 Sentyabr 2017
Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə qıcıqlanırsınızsa,
Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca cətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür. Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan ballınanə (melissa) çayı əsəblərinizi tam sakitləşdirəcək.

XəzərXəbər modern.az-a istinadən bildirir ki, ballınanə bitkisinə həm də limonotu, bədrənc, melissa da deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm üçün bir çox faydaları var.
1. Sinir sisteminə olduqca müsbət təsir göstərir

2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır
3. Stressə qarşı təsirli vasitədir

4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir

5. Normal yuxunu təmin edir

6. Ödqovucudur

7. Həzmi asanlaşdırır

8. Ürəyin fəaliyyətini normallaşdırır

9. Orqanizmin immun sistemini gücləndirir

10. İştəhanı yaxşılaşdırır

Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki o qan təzyiqini aşağı salır.

Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə çayından soyuq halda da istifadə olunur.

Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını istəyirsinizsə, bir fincan ballınanə çayı için. O gərginləşmiş əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə "oğul otu" deməyiblər.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti