Xəzər Xəbər

Avtobusa bilet alan qadını sürücü aparmadı - VİDEO

Veb TV | 19:37 • 23 Sentyabr 2017
Avtobusa bilet alan qadını sürücü aparmadı -

Avtobusa bilet alan qadını sürücü aparmayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı Beynəlxalaq Avtovağzal Kompleksində olub. Əzizə Məmmədovanın sözlərinə görə, bir neçə gün əvvəl avtovağzala gələrək Bakıdan Qubaya getməkdən ötrü 2 manat 70 qəpiyə bilet alıb.

Qadın avtobusa yaxınlaşıb minmək istəyəndə sürücü ona avtobusda boş yer olmadığını bildirərək aparmaqdan imtina edib.

Qadın iddia edir ki, sürücü onu bilet aldığına görə aparmayıb. Ondan sonra gələn sərnişinlərdən 4 manat nəğd gediş haqqı alaraq avtobusa mindirib. Əlacsız qalan qadın bir neçə saat gözləyərək Bakıdan Qubaya gedən növbəti avtobusa minib.

Məsələ ilə bağlı Bakı Beynəlxalaq Avtovağzal Kompleksindən "Xəzər Xəbər"ə bildirdilər ki, bu gün iş günü deyil. Bu səbəbdən də qadının iddiası həftənin birinci günü araşdırılacaq. Əgər qadın haqlı çıxarsa sürücü və sahibkar cəzalandırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti