Xəzər Xəbər

Ata və anasını öldürən şəxsin meşədə gizləndiyi ehtimal edilir - AXTARIŞLAR GEDİR - VİDEO

Veb TV | 19:29 • 23 Sentyabr 2017
Ata və anasını öldürən şəxsin meşədə gizləndiyi ehtimal edilir -

Hər iki valideynini qətlə yetirən şəxsin meşədə gizləndiyi ehtimal edilir.

Xezerxeber.az-ın məlumatına görə, 2 gün əvvəl Gədəbəyin Qurudərə kənd sakini, 55 yaşlı Şöhrət Məsimov atası, 86 yaşlı Mikayıl Məsimovu sinəsindən iki bıçaq vurmaqla öldürüb. Daha sonra isə anası, 79 yaşlı Ayna Məsimovanı bıçaqlayıb. Məlumata görə, yaşlı qadın ərinin öldürüldüyünü görəndə həyətə qaçıb canını qurtarmağa çalışıb, ancaq oğlu onu həyətdə haqlayaraq kürəyindən bıçaqla vuraraq öldürüb. Sonra isə hadisə yerindən qaçaraq gizlənib.

Qonşuların bildirdiyinə görə, oğulla valideynləri arasında münaqişə Şöhrət Məsimovun bacısına görə yaranıb. Onun bacısı kənddə valideynlərindən ayrı yaşayır və atasının evinə qayıtmaq istəyib. Şöhrət isə buna razı olmayıb və valideynləri qızı ata evinə qaytarmağa razılaşdıqlarına görə onları öldürüb. Qonşular Şöhrətlə valideyinləri arasında bu məsələ ilə bağlı mübahisənin şahidi olublar və ehtimal edirlər ki, qətlin motivi məhz həmin münaqişədir.

Hüquq-mühafizə orqanları isə müəyyən ediblər ki, Şöhrət Məsimov bundan əvvəl də qətl törədib. O, 2000-ci ilin əvvəllərində Rusiyada adam öldürüb və bu cinayətə görə məsuliyətə cəlb olunmayıb. Azərbaycana qaçaraq burada yaşamağa başlayıb. Rusiya hüquq-mühafizə orqanları isə Şöhrət Məsimovun törətdiyi qətllə bağlı Azərbaycan tərəfinə sənədləri təqdim etməyib. Hazırda onun meşədə gizləndiyi təxmin edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti