Xəzər Xəbər

Cocuq Mərcanlı: ikinci mərhələdə evlərin tikintisi yekunlaşır - VİDEO

Veb TV | 19:40 • 23 Sentyabr 2017
Cocuq Mərcanlı: ikinci mərhələdə evlərin tikintisi yekunlaşır -

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində inşa olunan evlərin tikintisi başa çatıb.

Xezerxeber.az-ın məlumatına görə, hazırda evlərdə otaqdaxili malyar işləri və fasadların üzlənməsi həyata keçirilir. Çılçıraqların asılması kimi otaqdaxili işlər görülür.

Kəndə işıq, su, qaz və telekommunikasiya xətlərinin çəkilməsi davam edir. İnşası yekunlaşan tibb məntəqəsi, uşaq bağçası və digər ictimai binalarda istilik sistemlərinin quraşdırılması işi aparılır.

Qeyd edək ki, ikinci mərhələdə Cocuq Mərcanlı kəndində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. Evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si isə dördotaqlıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti