Xəzər Xəbər

Türkiyəli alimin 10 gün əvvəlki PROQNOZU GERÇƏK OLDU - Dəhşətli ZƏLZƏLƏ

Dünya | 11:59 • 20 Sentyabr 2017
Türkiyəli alimin 10 gün əvvəlki

Dağıdıcı təbiət hadisələrdən olan zəlzələnin dəqiq başvermə tarixini adətən öncədən proqnozlaşdırmaq mümkün olmur. Alimlər adətən Yer qabığında gedən proseslərə söykənərək yaxın aylarda, yaxud da illərdə dağıdıcı zəlzələlərin baş verəcəyini proqnozlaşdırırlar.

Lakin Türkiyəli professor Övgün Ahmet Ercanın 10 gün əvvəl verdiyi zəlzələ proqnozu həqiqətən də heyrət doğura bilər.

Alim dünən Meksikada baş verən zəlzələnin vaxtını tam dəqiqliyi ilə proqnozlaşdırıb.

O, sentyabrın 9-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Meksikanın cənub sahillərində sentyabrın 18-də baş verən 8,2 ballıq zəlzələ dünyanın hər hansı yerində 10 gün ərzində böyük bir zəlzələnin baş verəcəyinə işarədir.

Qeyd edək ki, dünən Meksikanın cənubunda 7,1 ballıq zəlzələ baş verib. Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puentenin məlumatına görə, ölənlərin sayı 226-ya çatıb.

Ölənlərin 55-i Morelos, 117-si Mexiko, 39-u Puebla, 12-si Edomekse, 3-ü isə Qerero ştatının sakinləridir.Demək olar ki, 4 milyon insan işıqsız qalıb. Mexikoda fövqəladə vəziyyəti elan olunub./publika.az


Rubrikanın digər xəbərləri

Xəbər lenti