Xəzər Xəbər

Əmək Məcəlləsi dəyişdirilir - Bəzi sahələrdə çalışanlar üçün yaş həddi götürülür

Gündəm | 17:01 • 18 Sentyabr 2017
Əmək Məcəlləsi dəyişdirilir -

Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər ediləcək.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, qanunun 4-cü maddəsinə ( Bu Məcəllənin tətbiq edildiyi işyerləri ) maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Həmçinin 65-ci maddəyə ( İşçilərin attestasiyası, oun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Xəbər lenti