Xəzər Xəbər

Lənətlənmiş qadın: Getdiyi hər yerdə insanlar ölür

Dünya | 13:16 • 20 Avqust 2017
Lənətlənmiş qadın:

Avropa turuna çıxan avstraliyalı Julia üç böyük şəhərdə İŞİD hücumlarına tuş gəlib.

Müxtəlif şəhərlərdə səyahət edərkən 3 fərqli şəhərdə terror hücumlarına yaxalanan 26 yaşındakı Avstraliya Julia Monako, bir ildə üç dəfə hücum şoku yaşayıb.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Julia Monako La Rambla küçəsində terror hücumu zamanı bir dostu ilə Barselona yaxınlığında bir alış-veriş mərkəzində olub.

İyun ayında Londonda turistik bölgələrin birində bıçaqlanma hücumları zamanı yoldaşları ilə birlikdə ərazidə olub və o gecə bir müddət metroda köməksiz vəziyyətdə qalıb.

Bir neçə gün sonra Parisdə Notr-Dam Katedralı seyr etdiyi vaxt binanın qarşısında bir polis məmuru bıçaqlanıb.

Julia Monako təkrarlanan hücumlara baxmayaraq tətilini davam etdirəcəyini deyib:

"Evə getmək istəyirəm kimi hiss etmirəm. Burada qalmalıyam və olanlara izin verməməliyəm. Haranı görmək istəyirəmsə, ora gedəcəm”.

Julia Monako və onun 3 Avstraliyalı dostları Barselonada kütləvi qaçışan insanları gördüklərində bir ticarət mərkəzində olublar. Təhlükəsizlik siqnalından sonra alış-veriş mərkəzinin qapıları bağlanıb. Dostlar dəhşət içində olan adamların içəri girə bilmələri üçün kömək istədiyini izləyib:

"Bir anda hər şey dəyişdi və hər kəs həyatını qurtarmaq üçün çığırmağa, fəryad etməyə başladı. Biz isə dükanda kilidlənmiş olaraq qaldıq. Bizə pəncərələrə yaxınlaşmamaq və yerə yatmağı söylədilər. Nəhayət, qapılar açıldı, çıxmağa icazə verildikdən sonra qaldığımız pansionata getdik. Ancaq bir çox küçələri polislər bağladığı üçün arxa küçələrdən keçmək məcburiyyətində qaldıq”./cebhe.info

Xəbər lenti