Xəzər Xəbər

Bu həbsxanaya girən ölmək üçün dua edir VİDEO

Veb TV | 12:09 • 20 Avqust 2017
Bu həbsxanaya girən ölmək üçün dua edir

Filippin prezidenti Dutertenin təlimatıyla tutumu 5 qat artırılan "ittihamla döyüş"həbsxanaları dolub-daşır. 3 min 800 məhkumun qaldığı həbsxanadakı ürək ağrıdan görüntülər obyektivlərə əks olunub.


Filippinin ən çox məhkumu olanhəbsxanalarından biri "Quezon Siti"yə girən fotoqrafın çəkdiyi fotolar tükürpədib.



Təxminən 60 il əvvəl 800 məhbus üçün inşa edilsə də,hal-hazırda orada 3 min 800 məhkumsaxlanılır.

Filippinin paytaxtı Manilada yerləşən həbsxanadakıməhkumlaryatmaq,hərəkət etmək üçün boş bir yerüçün mübarizə aparırlar.



130 adamla eyni tualeti paylaşdığını söyləyən Mario Dimakulanqan adlı məhkum:"Çoxu dəli olur. Həddindən artıq sıxlıq var. Ən kiçik bir hərəkətdə kiməsə, ya da nəyəsə toxunuruq", -deyib.



Yeməklərindən paslı mismar və ölü böcəklər çıxmağına vərdiş edən məhkumlarbir yandan da havasızlıq və susuzluqlamübarizə aparırlar.



Filippindəki həbsxanaların son zamanlar bu qədər məhbusla dolmasının bir səbəbi də ölkənin yeni prezidenti Rodriqo Dutertenin cinayətkarlıqla bağlı qəbul etdiyi yeni qanunlardır.

Ölkəninarkotik ağuşundan xilas etməyi qarşısındakıprioritet olaraq açıqlayan Dutertenin təlimatlarındansonra həyata keçirilən əməliyyatlar çərçivəsində bir ay içində yüzlərlə insan qətlə yetirilib, minlərlə cinayətkar isə saxlanılıb.

milli.az


Xəbər lenti