Xəzər Xəbər

Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri rekord qırdı - VİDEO

Veb TV | 15:14 • 19 Avqust 2017
Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri

Heyvan haqları müdafiəçisi Kevin Riçardson Cənubi Afrikada ikən xilas etdiyi aslan balasını illər sonra ziyarət edib.

Kevin anası tərəfindən tərk edilən aslanı öz əlləri ilə bəsləyib. Daha sonra vəhşi təbiətin qoynuna buraxıb.

Kevin illər sonra aslanı görmək üçün Cənubi Afrikaya gedib. Onun həyatını xilas edən adamı unutmayan aslan isə xilasedicisini qucaqlayaraq uzun müddət ona sarılı halda qalıb.

Kevinlə aslanın videogörüntüsü sosial şəbəkələrdə izlənmə rekordları qırıb./publika.az


Xəbər lenti