Xəzər Xəbər

"Faytonçu" Nazimin ölüm xəbəri yalan çıxdı YENİLƏNDİ

Hadisə | 10:15 • 19 Avqust 2017
"Faytonçu" Nazimin ölüm xəbəri yalan çıxdı

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyarının ölüm xəbəri yayılıb.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin həmkarı Vüqar Muradov sosial şəbəkədə paylaşım edib.

O, sənətçinin bir neçə saat əvvəl dünyasını dəyişdiyini qeyd edib. Muradov daha sonra paylaşılan həmin postu İnstaqram səhifəsindən silib.

Qafqazinfo mövzu ilə bağlı V.Muradovla əlaqə saxlayıb. İfaçının köməkçisi qeyd edib ki, Vüqar Nazimin ölüm xəbərini onun dostu, dağıstanlı ifaçı Əli Əkbər Şahmuradovun səhifəsində görüb.

"Faytonçu" ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun keçmiş prodüseri isə müğənni ilə gecə zəngləşdiyini, toy barədə danışıqlar apardığını söyləyib.

O bildirir ki, Nazimin xanımıyla əlaqə saxlayıb və hər şeyin qaydasında olduğunu söyləyib.

-----------

09:15

Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim vəfat edib.

XəzərXəbər musavat.com-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə ifaçının dostları məlumat yayıb.

Qeyd edək ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən müğənni arıqlaması ilə diqqət çəkmişdi.

Xəstəliyinin ağırlaşmasında azərbaycanlı həkimləri günahkar bilən müğənni son müsahibəsində səhhətinin yaxşılaşdığını demişdi.


Xəbər lenti