Xəzər Xəbər

Acun Ilıcalı azərbaycanlı müğənnini “O Səs Türkiyə”yə dəvət etdi - VİDEO

Veb TV | 12:01 • 18 Avqust 2017
Acun Ilıcalı azərbaycanlı müğənnini

Keçən il "O Səs Türkiyə”də Hadisənin komandasında çıxış edən gənc ifaçı Ozan Əhmədov verilişdən təklif aldığını bildirib.

Müğənni sözügedən musiqi yarışmasının növbəti mövsümündə çıxış etməyə artıq razılıq verib:

"Yaxın aylarda "O Səs Türkiyə” səhnəsində yenidən çıxış edəcəyəm. Bu, mənim üçün böyük bir hədiyyə oldu. Acun abi məni yenidən dəvət etdi”.

O.Əhmədovun sözlərinə görə o, hansı münsifi seçəcəyinə hələ ki dəqiq qərar verməyib.

Məlumat üçün bildirək ki, Ozan Əhmədov bu yaxınlarda ilk "Sevgilimin ad günü” adlı mahnısını təqdim edib./publika.az



Xəbər lenti