Gənc iş adamı Umid Evirgenlə sevgili olan Tuba Büyüküstünün ilk görüntüləri ortaya çıxıb.
Cütlük dünən Nişantaşında bir kafedə görüntülənib. Kafedən çıxarkən kameraları görən cütlük təəccübünü gizlədə bilməyib. Tubadan 9 yaş kiçik olan Ümid Evirgen "Vəssalam, indi yandıq” deyə reaksiya verib. Əkiz anası olan aktrisa isə üzünü digər istiqamətə çevirib.
Məlumat üçün bildirək ki, 35 yaşlı Tuba Büyüküstün 6 il evli olduğu həyat yoldaşı Onur Saylakla iyunun 5-də rəsmi qaydada boşanıb.
Bundan başqa, "Gizli Kalsın” adlı gecə klubunun sahibi Ümid Evirgen sevgilisi Tuba Büyüküstün ilə şəkilini çəkən müxbirin fotoaparatını silahla hədə-qorxu gələrək əlindən almışdı. Müxbirin məhkəməyə müraciətindən sonra o, həbs cəzasına məhkum edilsə də, bir neçə həftə sonra azadlığa buraxılıb./publika.az