"Aztelekom” MMC "aztelekom.net”
internet provayderinin resurslarının çatışmazlığının aradan
qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin
edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
XəzərXəbər-ə verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun
yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir
avadanlıqlar quraşdırılır.
Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə işlər aparılacaq.
Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat 02:00-dan 08:00-dək
qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana
bilər.