Xəzər Xəbər

Məktəb direktorları və müavinləri də imtahan verəcək - YENİLİK - VİDEO

Veb TV | 19:42 • 21 İyul 2017
Məktəb direktorları və müavinləri də imtahan verəcək -

Məktəb direktorları və direktor müavinlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, məktəb direktorları, direktor müavinləri və Rayon Təhsil Şöbələrinin metodistləri indiyə qədər diaqnostik qiymətləndirilmədə iştirak etmirdilər. Lakin bu ildən onlar da diaqnostik qiymətləndirilmədə iştirak edəcəklər.

Rayon Təhsil Şöbələrinin metodistlərinə dərs saatının verilməsi isə diaqnostik qiymətləndirilmənin nəticəsi və Təhsil Nazirliyinin müvafiq razılığı əsasında mümkün ola bilər.

Bu arada, müəllim olmaq üçün imtahanda iştirak etmək isətəyən 50 min nəfərə yaxın insan artıq elektron qeydiyyatdan keçib. Nazirlik rəsmisinin sözlərinə görə, bu, rekord göstəricidir.

Qeyd edək ki, imtahanlar növbəti həftədən başlayaraq avqust ayının ilk ongünlüyünə qədər davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti