Xəzər Xəbər

Ticarət mərkəzində yanğın: 12 mağaza kül oldu - VİDEO

Veb TV | 18:47 • 20 İyul 2017
Ticarət mərkəzində yanğın:

Bərdə şəhərində yanğın hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Bərdə ticarət mərkəzinin ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş 12 mağaza içindəki mallarla birlikdə yanaraq yararsız hala düşüb.

Yanğın gecə saatlarında baş verib. Obyekt sahiblərinin sözlərinə görə, hadisə zamanı onlara xeyli miqdarda ziyan dəyib.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Hadisə yerinə bir yanğınsöndürən cəlb edilib. Digər mağazalar yanğından mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti