Xəzər Xəbər

SOS: Buzlaşma dövrünə qayıdırıq İki fəsil sıradan çıxır

Cəmiyyət | 14:06 • 21 İyun 2017
SOS: Buzlaşma dövrünə qayıdırıq

"Azərbaycanda yaz və payız fəsilləri tədricən sıradan çıxır. Bu, buzlaşma dövrü ilə əlaqədardır”.

Bunu AzVision.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Bu il ölkəmizdə qış fəslinin sərt keçdiyini deyən T.Zeynalovun sözlərinə görə, buzlaşma dövründə yaz və payız fəsillərinin sıradan çıxması gözləniləndir.

"Artıq payız və yaz fəsilləri öz müddətini itirir və tədricən sıradan çıxır. Biz birbaşa qışdan yaya, yaydan isə qışa keçirik. Azərbaycanda yay fəslində dayanmadan yağış yağması, dolu düşməsi, havaların sərin keçməsi buna nümunədir”.

T.Zeynalov hesab edir ki, bu il Azərbaycanda yay fəsli sərin və yağışlı keçəcək: "İyul, avqust aylarında bir həftə hava isti olacaq, sonra yenidən soyuqlar başlayacaq. Buzlaqlar əridikcə okeanın suyu soyuyur. Su soyuduqca isə qasırğa, tufan, daşqın olur. Bu, təbiətin qanunudur. Hər 70 ildən bir hava şəraiti dəyişir. Biz artıq 5-ci buzlaşma dövrünə gedirik.

Son illər ölkədə yay fəslində havanın temperaturu normadan aşağı olur. Sebtyabr ayına qədər ola bilsin ki, havalar isti keçsin. Lakin oktyabrda artıq sərt soyuqlar olacaq. Ötən il oktyabrda hamı paltoya keçmişdi. Bu il də belə olacağı qaçılmazdır”.

Qeyd edək ki, Azərbaycanda son günlər yağışlı hava şəraiti müşahidə edilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti