Xəzər Xəbər

Təyyarədə dünyaya gələn körpə “ömürlük pulsuz bilet” hədiyyəsi qazandı

Maraqlı | 11:37 • 20 İyun 2017
Təyyarədə dünyaya gələn körpə “ömürlük pulsuz bilet” hədiyyəsi qazandı

"Jet Airways” şirkətinə məxsus Boing 737 təyyarəsi hər il qəribə hadisələrlə yadda qalır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarə bu dəfə Səudiyyə Ərəbistanından Hindistana səfər edərkən Mumbayda məcburi eniş edib.

Hadisəyə səbəb isə bir sərnişinin vaxtından əvvəl uşaq dünyaya gətirməsi olub. Xoşbəxtlikdən, sərnişinlər arasında tibb bacısı olub və ekipajın köməyi ilə uşaq heç bir problem yaşamadan dünyaya gəlib.

Şirkət təyyarədə dünyaya gələn körpənin ömrü boyu edəcəyi bütün uçuşlarını ödənişsiz həyata keçirəcəyinə dair söz verib.

Keçən il də həmin şirkətə məxsus təyyarədə 3 körpə dünyaya gəlib. Lakin onların heç birinə "ömürlük pulsuz bilet” hədiyyəsi verilməyib.

Xəbər lenti