Xəzər Xəbər

Neft çəni partlayıb, ölən və yaralananlar var

Hadisə | 09:25 • 27 May 2017
Neft çəni partlayıb, ölən və yaralananlar var

ABŞ-ın Kolorado ştatında "Anadarko Petroleum” şirkətinə məxsus neft rezervuarında partlayış baş verib.

APA-nın "AP” agentliyinə istinadən verdiyi xəbərə görə, neft çəninin partlaması nəticəsində 1 nəfər ölüb, 3-ü xəsarət alıb.

İnsident Denverdən 64 km aralıda yerləşən Mid şəhərində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti