Xəzər Xəbər

Stress çarxından sizdə də var? Uşaqlarınıza verməyin

Cəmiyyət | 17:49 • 26 May 2017
Stress çarxından sizdə də var?

İnsanların stressini atmaq üçün yaradılmış stress çarxı bir anda həm dünyada, həm də ölkəmizdə məşhurlaşmağa başlayıb.

Gün keçdikcə dizaynerlərin müxtəlif formalarını yaratdığı bu oyuncağın ən ucuzunu mağazalardan 5-15 manata almaq mümkündür. Xüsusi materialdan hazırlanmış stress çarxları isə digərlərinə nisbətən xeyli bahadır. Hazırda satışda hətta 1300 dollar qiymətində olan çarxlar da var.

Dünyanın bu yeni trendinin ixtiraçısı isə artan satışdan hər hansı bir gəlir əldə edə bilmir. Səbəb isə 62 yaşlı Ketrin Hetincerin ixtirasının patentini yeniləmək üçün 400 dollarının olmamasıdır. O, pul qazana bilməməsindən narazı olmasa da, patentini alsaydı, hazırda işləmək məcburiyyətində qalmayacağını deyir.

Ketrin Hetincer

Azərbaycanda da xeyli məşhur olan bu oyuncaq daha çox məktəblilərin diqqətini çəkib. Odur ki, mağaza sahibləri gün ərzində daha çox valideynlərin bu oyuncağı aldığını söyləyir. Hətta tez bitdiyi üçün dəfələrlə yenidən sifariş olunub.

Dünyada getdikcə yayılmış bu oyuncağın uşaqların fikrini yayındırdığı iddia olunur. Bu səbəbdən hazırda oyuncağın satışı ABŞ-ın bəzi ştatlarında və BƏƏ-də qadağan olunub. Hətta adının əksi olaraq, onun insanlara daha çox stress verdiyi də söylənilir.

Məşhur psixoloq Elnur Rüstəmov valideynlərə tövsiyə edir ki, məktəbə gedən uşaqlara bu oyuncağı verməsinlər:

"Məktəbdə bütün şagirdlərdə bu oyuncaq yoxdur, ona görə də uşaqlara maraqlı gəlir, uşaqların diqqəti yaranır. Psixoloji sağlamlıq insana görə dəyişir. Birinə hüzur verən şey, digərinə qıcıq verəcək. Stress çarxı uzun müddət fırlandığı üçün insanın fikrini özünə çəkir. Hansısa məqamda stressi azalda bilər, ancaq bunu bütün insanlara şamil edə bilmərik. Sadəcə olaraq son aylarda aktuallaşdı, PR-ı güclü aparıldı. 10-15 gün sonra başqa bir şey çıxacaq və heç yada da düşməyəcək".

qafqazinfo

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti