Xəzər Xəbər

Müğənni Damlanın Rusiyada başına İŞ GƏLDİ: "Məni 90 gün..."

Şou Biznes | 15:58 • 26 May 2017
Müğənni Damlanın Rusiyada başına İŞ GƏLDİ:

"Pul verib Rusiyada qadağanı aradan qaldırdım”.

Bunun müğənni Damla bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyaya girişi müəyyən müddət qadağan olunmuşdu: "Novosbirskiyə toya gedirdim, heç əsas tapmadan girişimi qadağan etdilər. Rusiyada həmvətənlərimizin toy məclislərinə çox dəvətlər alıram. Bunların sayı çox olunca Rusiyada bir az narahat olmuşdular. 90 gün müddətinə ölkəyə girişim qadağan olundu. Amma dostlarımın, yaxşı insanların köməyi ilə az məbləğ ödəyərək bu işi həll etdik. Artıq qadağa aradan götürülüb”./publika.az

Xəbər lenti