Xəzər Xəbər

Azyaşlı qız atasına "Yataq otağında anama bax" deyə qışqırdı Ailə FACİƏSİ - VİDEO

Veb TV | 15:41 • 18 May 2017
Azyaşlı qız atasına "Yataq otağında anama bax" deyə qışqırdı

Antalyada qandonduran hadisə baş verib.

Şəhərin Kemer mahalında 2 uşaq anası olan bir qadın ov tüfəngiylə özünü vuraraq intihar edib. Qadının 8 yaşlı qızışok halda 1 saat ərzində anasının cənazənin yanında evdə atasını gözləyib.

Bir hoteldə çalışan Ebru Erkal G. (37) adlı qadınişi bitdikdən sonra Yeni Məhəllədəki evinə gəlib. 1 saat sonra da qadının 8 yaşlı qızı H.G.məktəbdən gələrək otağına gedib. Maddi çətinlik səbəbiylə çətin günlər yaşadığı iddia edilən gənc qadınsaat 16.30 radələrindəevdə olan ov tüfəngi iləbaşından atəş açaraq intihar edib.

Anası intihar etdiyi məqamda evdə olan qızı H.G. isə şok haldaatası İbrahim G. gələnə qədər anasının cəsədiylə evdə qalıb. Saat 17.30 radələrində evə gələn İbrahim G.qızının"Ata, anama baxyataq otağında" deyə qışqırdıqdan sonra otağa qaçan əryoldaşını qaniçində yerdə görüb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadının həyatını itirdiyini müəyyən edib.

Hadisə ilə əlaqədar istintaq başladılıb./milli.az



Xəbər lenti