Xəzər Xəbər

Quran”da adı çəkilən bu meyvə: Kişilərdə ata olmaq şansını artırır

Maraqlı | 15:21 • 17 May 2017
Quran”da adı çəkilən bu meyvə:

"Quran"da adı çəkilən bəzi meyvələr var ki, həkimlər onların faydalarından indi də danışır.

Türkiyəli dietoloq Murad Topoğlu bu meyvələrdən biri olan xurmanın faydalarını sadalayıb.

Xurma orqanizmdə şəkər tarazılığını qoruyur. Həmçinin qadınlarda doğuşu asanlaşdırır. (Məryəm surəsi). Ana südünü artırır. Peyğəmbərimiz "Qadınlara hamiləlik zamanı xurma verin. Kim xurma yesə, uşağı daha ağıllı olar" deyib. Təzə xurmanın tərkibindəki pitosin maddəsi qadınların reql sancılarını azaldır. Xurma həmçinin ürək-damar xəstəlikləri riskini azaldır. Kişilərdə spermin artımını təmin edir. Bağırsaqların normal işləməsinə yardım göstərir və qəbzliyi aradan qaldırır.

Xolestrolun miqdarının aşağı düşməsinə təsirlidir. Bağırsaq xərçənginə qarşı da xurmadan istifadə tövsiyə edilir.Tərkibindəki flavonoid, polifenol antioksidan olaraq bilinən tanin maddəsi var. Tanin iltihabı, vücuddakı qanamaları önləyir. Xurmanın tərkibində sodium, potasium, kalsium, dəmir, maqnezium, sink, kükürd, xlor, fosfor, florin digər meyvələrə nisbətən 3-4 dəfə çoxdur.

Xəbər lenti