Xəzər Xəbər

İŞİD lideri qaçdı, komandiri alt paltarında tutuldu - FOTOLAR

Dünya | 15:11 • 25 Aprel 2017
İŞİD lideri qaçdı, komandiri alt paltarında tutuldu -

İraq polisi Mosul şəhərində İŞİD komandirlərindən birini ələ keçirib.


Publika.az xəbər verir ki, Eski Şəhər bölgəsində El-Jada Stadyum yaxınlarında ələ keçirilən komandirin yanındakı terrorçular öldürülüb.


Komandirin ələ keçirilərkən alt paltarı ilə çəkilən fotoları sosial şəbəkələrdə müzakirə mövzusu olub.


ABŞ-ın liderliyi ilə Mosulda İŞİD-ə qarşı əməliyyat keçirən koalisiya qüvvələrinin sözçüsü Con Dorrin terror təşkilatının şəhərdə mühasirəyə alındığını deyib.


Onun sözlərinə görə, bir neçə gün ərzində İŞİD Mosuldan tamamilə çıxarılacaq.


C.Dorrin İŞİD lideri Əbubəkir Bağdadinin harada olduğunu dəqiq bilmədiklərini açıqlayıb.


"Hazırda gizlənir. Bağdadi İŞİD üzvlərinə ölənə qədər döyüşməyi əmr edib. ABŞ Dövlət Departamenti Bağdadinin tutulması, yaxud öldürülməsi üçün 25 milyon dollar mükafat təyin edib”, - deyə o bildirib.

Xəbər lenti