Xəzər Xəbər

Aparıcı ərinin ölüm xəbərini canlı yayımda xəbər oxuyarkən öyrəndi VİDEO

Veb TV | 13:36 • 9 Aprel 2017
Aparıcı ərinin ölüm xəbərini canlı yayımda xəbər oxuyarkən öyrəndi

Hindistanın IBC24 telekanalının xəbər aparıcısı Suprit Kaur canlı yayım zamanı yol nəqliyyat hadisəsi barədə təcili xəbər oxuyarkən həyat yoldaşının öldüyünü öyrənib.

Canlı yayıma qoşulan müxbir hadisə nəticəsində 3 nəfərin öldüyünü bildirib, lakin onların adlarını deməyib.

Aparıcı ərinin həmin istiqamətdə yola düşdüyünü bilib və qəzaya düşən maşının onun olduğunu anlayıb. Buna baxmayaraq o, təmkinlə canlı yayımı yekunlaşdırıb.

Efirdən sonra müxbirə zəng edərək, ölənlərdən birinin həyat yoldaşı olduğunu dəqiqləşdirib./AzNews.az


Xəbər lenti