Xəzər Xəbər

Dövlət bankı 6 milyard dollara yaxın vəsaiti yanlış hesaba köçürüb

Dünya | 09:45 • 25 Mart 2017
Dövlət bankı 6 milyard dollara yaxın vəsaiti yanlış hesaba köçürüb

Almaniyanın dövlət bankı Kreditanstalt für Wiederaufbau 6 milyard dollara yaxın vəsaiti yanlış olaraq dörd bankın hesabına köçürüb.

Bloomberg agentliyinin məlumatına görə, bank bu səhvi bilən kimi qeyd edilən məbləği geri qaytarmağa müvəffəq olub.

Yanlışlıq texniki problemlər səbəbindən baş verib. Belə ki, bir ödəniş bir neçə dəfə həyata keçirilib.

Xəbər lenti