Xəzər Xəbər

"Wi-Fi" dövrünün sonu çatır

Texnologiya | 12:09 • 19 Mart 2017
"Wi-Fi" dövrünün sonu çatır

"Bloomberg" analitik agentliyi tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, simsiz kommunikasiyalar sahəsində çalışan ekspertlərin əksəriyyəti "Wi-Fi" şəbəkəsinə ictimai giriş dövrünün sona yaxınlaşdığını düşünürlər.


XəzərXəbər-in ICTnews-a istinadən verdiyi məlumata görə, açıq statistik məlumatlardan məlum olduğu kimi, indi mobil cihaz istifadəçilərinin 50%-i ictimai "Wi-Fi" hot-spotlarından istifadə edirlər. Ancaq ekspertlər əmindirlər ki, artıq yaxın gələcəkdə ictimai "Wi-Fi" nöqtələrindən istifadə edənlərin sayı 33% azalacaq.


Bu, yüksəksürətli mobil giriş, məsələn, "LTE" texnologiyasının populyarlaşması ilə izah edilir. Bundan başqa, mobil operatorlar tərəfindən limitsiz trafikə malik tarif planlarının istifadəyə verilməsi "Wi-Fi" dövrünün sonunu gətirəcək.


Həmçinin "LTE-Unlicensed" texnologiyası "Wi-Fi"-ı sıxışdıracaq. 2020-ci ilədək "LTE-U" standartının giriş nöqtələrinin sayı milyondan çox olacaq.

Xəbər lenti