Xəzər Xəbər

Sarkisyanın qəfil ölümü Ermənistanı bir-birinə qatdı - FOTO

Dünya | 14:24 • 17 Mart 2017
Sarkisyanın qəfil ölümü Ermənistanı bir-birinə qatdı -

Ötən gün tibb mərkəzində "Sasna Tsrer” silahlı qruplaşmasının "çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü qəzəbli kütləni küçələrə çıxarıb.

İstiPress-in məlumatına görə, parlament seçkilərinə sayılı günlər qalmış ermənilər yenidən etiraz aksiyası keçirib.

Qəzəbli kütlə hökuməti tənqid atəşinə tutub. Müxalifət isə dəstək verib.

Hakim Respublika partiyasının deputatı Baqram Baqdasaryan isə Artur Sarkisyanın ölümünü siyasi spekulyasiyalar üçün alət kimi istifadə etməməyə çağırıb.

"Təbii ki, bu, çox ağır hadisədir. Təəssüf edirəm ki, bundan siyasi spekulyasiyalarda istifadə edirlər. Bundan çəkinmək lazımdır. Bəziləri bu faktdan hədəflərinə çatmaq üçün istifadə edirlər”, - Baqdasaryan bildirib.

Ötən gün A.Sarkisyanın ölüm xəbəri yayılan kimi xalq küçələrə çıxdı. Azadlıq meydanında başlayan aksiya daha sonra kütləvi yürüşə çevrilib. Etirazçılar Azadlıq meydanından Maştitsa prospektinə doğru irəliləyiblər. Hətta yollarda hərəkət iflic olub.

Ermənilər Azadlıq meydanına axışdı

Ermənilər Azadlıq meydanına axışdı

Bundan sonra aksiya iştirakçıları dövlət qurumlarının binalarına doğru irəliləyib. Yağışlı havaya baxmayaraq, etirazçılardağılışmayıb.

2016-cı ilin iyul ayında "Sasna Tsrer” silahlı qruplaşmasının Serj Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxarkən Artur Sarkisyan onlara çörək daşıyırdı.

Sarkisyan həbs edilmişdi. Ötən il dekabrın 31-də isə o, azadlığa buraxıldı. Lakin sonra məhkəmə qərarı ilə A.Sarkisyan yenidən həbs edildi. Həbsxanada olarkən "çörəkdaşıyan” aclıq elan edib.Martın 16-da isə Sarkisyan ölüb.

Xəbər lenti