Xəzər Xəbər

Mağazada istifadə müddəti bitmiş məhsul aşkarlanıb

İqtisadiyyat | 11:59 • 26 Yanvar 2021
Mağazada istifadə müddəti bitmiş məhsul aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.


Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, Şamaxı rayonunun Məhəmməd Əmin Rəsulzadə küçəsində fiziki şəxs Mahmudov Nurlan Babaqulu oğluna məxsus "Ocaq” marketdə yoxlama aparılıb.


Yoxlama zamanı ərzaq mağazasında satışda istifadə müddəti bitmiş 9,4 kiloqram "Ranço" nişanlı Holland pendiri, 3 kiloqram "Zolotava" nişanlı bitki spred yağı və 1 kiloqram "İsmayıllı" nişanlı kərə yağı aşkarlanıb. Araşdırma zamanı müəssisənin girişində dezbaryerin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı, istifadə müddəti bitmiş məhsulların digər məhsullarla eyni soyuducuda saxlanıldığı, satışda olan bir sıra ərzaq məhsullarının (kartof, yağ və s.) qaydalara zidd olaraq birbaşa döşəmənin üzərinə yığılaraq saxlanıldığı, işçilərin tibbi müayinədən keçmədiyi məlum olub.


Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti