Xəzər Xəbər

Köhnə avtomobil idarə edən sürücülərin NƏZƏRİNƏ: Yeni proqram hazırlandı

İqtisadiyyat | 17:37 • 19 Yanvar 2021
Köhnə avtomobil idarə edən sürücülərin NƏZƏRİNƏ:

"Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir”.


XəzərXəbər "oxu.az”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook” səhifəsində "Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.


Onun sözlərinə görə, avtoparkın 80 faizi buraxılış ili 10 ildən çox olan avtomobillərdir:


"Onların 20 faizini yaşı 30 ildən çox olan nəqliyyat vasitələri təşkil edir”.


O qeyd edib, avtoparkın yenilənməsi üçün insanlar yeni avtomobil almalı, ili köhnə olanların azadılması üçün tədbirlər görülməlidir.


Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiya proqramı hazırlanıb:


"Proqram son razılaşma mərhələsindədir. Bu proqramdan sonra biz artıq avtomobil parkının yenilənməsi istiqamətində nəzərə çarpacaq qədər nailiyyətlər əldə edəcəyik”.

Xəbər lenti