Xəzər Xəbər

Ötən il Azərbaycana 54 minədək avtomobil idxal olunub

İqtisadiyyat | 14:42 • 18 Yanvar 2021
Ötən il Azərbaycana 54 minədək avtomobil idxal olunub

2020-ci ildə Azərbaycana 647 milyon 596 min ABŞ dolları dəyərində 53 min 729 avtomobil idxal edilib.


Xezerxeber.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, ölkəyə gətirilən avtomobillərin 259-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 49 min 692-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 3626-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 152-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Xəbər lenti