Xəzər Xəbər

Ötən il avtobusla daşınan sərnişinlərin sayı açıqlanıb

İqtisadiyyat | 13:30 • 18 Yanvar 2021
Ötən il avtobusla daşınan sərnişinlərin sayı açıqlanıb

Keçən il Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub.


Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hesabatında bildirilir.


Hesabata görə, avtobuslardan 35-i Bakı-Sumqayıt, 58-i Bakı-Abşeron, 57-si isə Sumqayıt-Abşeron istiqamətində xidmət göstərib. Ümumilikdə keçən il qeyd edilən istiqamətlərdə 8 milyon 235 min sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1 milyon 566 min, Bakı-Abşeron istiqamətində 3 milyon 402 min, Sumqayıt-Abşeron istiqamətində 3 milyon 267 min sərnişinə xidmət edilib.


Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28 milyon 215 min sərnişin daşınıb.

Xəbər lenti