Xəzər Xəbər

Qeyri-neft ixracında artım olub

İqtisadiyyat | 09:34 • 3 Dekabr 2020
Qeyri-neft ixracında artım olub

2020-ci ilin oktyabrında Azərbaycanın qeyri-neft sektorunda ixrac 162,8 milyon dollar təşkil edib. Bu ötən ilin oktyabrı ilə müqayisədə 1,7 faiz çoxdur.


Xezerxeber.az  bu barədə "İxrac icmalı”na istinadən məlumat verir.


Yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracı 1,4 milyard dollara bərabər olub.


Hesabat dövründə Rusiyaya 550,6 milyon dollar, Türkiyəyə 285,5 milyon dollar, İsveçrəyə 176 milyon dollar, Gürcüstana 109,1 milyon dollar, Çinə 34,7 milyon dollar qeyri-neft məhsulu ixrac olunub


Ötən ilin eyni dövrü ilə müqayisədə həmin məhsulların ixracı Rusiyaya 3,1 faiz, İsveçrəyə 19,1 faiz artıb, Türkiyəyə 12 faiz, Gürcüstana 17 faiz, Çinə 0,8 faiz azalıb.


Ümumilikdə, Azərbaycanın ixracı 2020-ci ilin yanvar-oktyabr aylarında 12,2 milyard dollar təşkil edib.


Xəbər lenti