Xəzər Xəbər

Bağlanan bankların əmanətçilərinə verilən kompensasiyanın məbləği ödənilib

İqtisadiyyat | 17:53 • 2 Dekabr 2020
Bağlanan bankların əmanətçilərinə verilən kompensasiyanın məbləği  ödənilib

Lisenziyaları ləğv edilən "Atabank", "Amrahbank", "NBC Bank" və "AGBank"ın toplam 23 929 əmanətçisinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən son 6 ay ərzində 600 mln. manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilib.


Xezerxeber.az-ın Fonda istinadən məlumata görə, bu ilin iyun ayının 16-dan dekabr ayının 1-dək agent bank olaraq təyin edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBC Bank"ın toplam 8 606 əmanətçisinə 228 mln. manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 84%-i) ödənilib.


Həmçinin, iyun ayının 1-dən dekabrın 1-dək agent bank qismində seçilmiş "Kapital Bank" tərəfindən "Amrahbank" və "Atabank"ın toplam 15 323 əmanətçisinə 372 mln. manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 92%-i) ödənişi həyata keçirilib.


Fonddan bildirilib ki, bağlanan son 4 bank üzrə kompensasiyaların tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşacaq. Hazırda, qalan digər əmanətçilərin kompensasiyaların ödənilməsi seçilmiş agent bankların filiallarında həyata keçirilir.

Xəbər lenti