Xəzər Xəbər

“Brent” neftinin qiyməti son 12 həftənin maksimumuna yüksəlib

İqtisadiyyat | 12:15 • 23 Noyabr 2020
“Brent” neftinin qiyməti son 12 həftənin maksimumuna yüksəlib

Londonun ICE birjasında "Brent” markalı xam neftin bir barrelinin qiyməti son 12 həftənin maksimumuna çatıb.


Xezerxeber.az xəbər verir ki, "qara qızıl”ın qiyməti COVID-19-a qarşı peyvəndlə bağlı nikbin gözləntilər fonunda sentyabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib.


Hazırda "Brent” neftinin bir barreli London birjasında 45,70 dollara, "Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 43,02 dollara satılır.

Xəbər lenti