Xəzər Xəbər

Nazir müavini: Horadiz-Culfa dəmir yolunun bərpası yeni imkanlar açır

İqtisadiyyat | 18:06 • 20 Noyabr 2020
Nazir müavini: Horadiz-Culfa dəmir yolunun bərpası yeni imkanlar açır

Horadiz-Culfa dəmir yolunun bərpası Azərbaycan-İran-Türkiyə marşrutu üzrə yeni imkanlar açır.


Xezerxeber.az xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.


O bildirib ki, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atılıb. Horadiz-Culfa dəmir yolunun bərpası Culfa-Sufyan-Van dəmir yolundan keçməklə Azərbaycan-İran-Türkiyə marşrutu üzrə yeni imkanlar açır, həmçinin Azərbaycan və Türkiyə dəmir yollarını birbaşa birləşdirən perspektiv dəmir yolu layihəsinin inkişafına da şərait yaradacaq. Naxçıvanla avtomobil əlaqəsinin bərpası isə Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası və inkişafının sürət və perspektivlərini artıracaq. Bu, "Qərb-Şərq” nəqliyyat dəhlizi çərçivəsində, xüsusilə Türkiyə-Azərbaycan və Orta Asiya seqmenti üzrə yeni səmərəli bir marşrutun yaradılması, eləcə də Türkiyə-Rusiya avtomobil yolunun formalaşması perspektivi yaradacaq.

Xəbər lenti