Xəzər Xəbər

Valyuta bazarında dollara tələb azalıb

İqtisadiyyat | 17:43 • 20 Noyabr 2020
Valyuta bazarında dollara tələb azalıb

Yanvar-sentyabr aylarında Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul siyasəti icmalı”nda bildirilir.


Məlumata görə, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl "Bloomberg”


terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Cari ilin 9 ayında Mərkəzi Bankda ümumilikdə 76 valyuta hərracı keçirilib. Birinci rübdə valyuta bazarında tələb artsa da, aprel ayından başlayaraq tələbin azalması və stabilləşməsi müşahidə olunub.

Xəbər lenti