Xəzər Xəbər

Yaşamaq üçün ən yaxşı şəhərlər açıqlandı

İqtisadiyyat | 10:32 • 19 Noyabr 2020
Yaşamaq üçün ən yaxşı şəhərlər açıqlandı

"Resonance Consultancy” beynəlxalq məsləhət şirkəti növbəti dəfə "The World's 100 Best Cities” ("Dünyanın 100 ən yaxşı şəhəri”) adlı reytinq cədvəlini açıqlayıb.


Siyahıya Böyük Britaniyanın paytaxtı London liderlik edir.


Növbəti yerlərdə Nyu-York (ABŞ), Paris (Fransa), Moskva (Rusiya), Tokio (Yaponiya), Madrid (İspaniya), Roma (İtaliya), Dubay (BƏƏ), Sinqapur (Sinqapur) və Barselona (İspaniya) şəhərləri qərarlaşıb. Bu şəhərlər yaşamaq, işləmək, sərmayə qoymaq və gəzmək üçün ən yaxşı şəhərlər hesab olunur.


Qeyd edək ki, "The World's 100 Best Cities” 2016-cı ildən müəyyən olunur. Bu zaman şəhərlər barədə statistik göstəricilər, sosial şəbəkə istifadəçilərinin rəyləri nəzərə alınır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti