Xəzər Xəbər

Oktyabrda “OPEC+” sazişinə 101 faiz əməl olunub

İqtisadiyyat | 16:16 • 18 Noyabr 2020
Oktyabrda “OPEC+” sazişinə 101 faiz əməl olunub

OPEC və qeyri-OPEC ölkələri ("OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə cari ilin oktyabr ayında 101 faiz əməl edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 24-cü iclasında deyilib.


Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın iştirakı ilə noyabrın 17-də keçirilən iclasda JMMC Müştərək Texniki Komissiya (JTC) tərəfindən hazırlanan aylıq hesabatı və oktyabrın 19-dakı son iclasından ötən müddət ərzində qlobal neft bazarındakı inkişafları nəzərdən keçirib, xüsusilə 2021-ci ilin birinci yarısının perspektivlərinə xüsusi diqqət yetirilib.


JMMC, həmçinin oktyabr ayı üzrə xam neft hasilatına dair məlumatları nəzərdən keçirib, OPEC və OPEC-ə üzv olmayan ölkələrinin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performansı alqışlayıb.


Qeyd edək ki, "OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel səviyyəsində ixtisar edilməsi qərarlaşdırılıb. 12 aprel tarixli "OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

Xəbər lenti