Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Xezerxeber.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi 7 faiz həddində saxlanılıb.
Sözügedən qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 18-də baxılacaq.