Xəzər Xəbər

Ermənistan iqtisadiyyatı çökdü: Dram sürətlə ucuzlaşır - AÇIQLAMA

İqtisadiyyat | 13:04 • 1 Oktyabr 2020
Ermənistan iqtisadiyyatı çökdü:

Müasir dövrdə müharibə aparmaq həm də iqtisadi gücə və imkanlara əsaslanır. Təbii ki, döyüş meydanında əsgərin gücü, ruh yüksəkliyi, texnika və texnologiyanın varlığı və ondan istifadə vərdişləri, komandalığın döyüşü planlaşdırmaq bacarığı həlledici rol oynayır. Bunlarla yanaşı təhcizat, maliyyə imkanları, iqtisadiyyatın dözümlülüyü müharibə aparan tərəfin qələbəsini təmin edən əsas amillərdəndir.


Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili Ermənistanın iqtisadi cəhətdən qısa müddətli belə döyüş aparmağa qadir olmadığını bildirib:


"Təqribi hesablamalara görə, son günlər məhv edilmiş erməni texnikaların dəyəri artıq 1 milyard dolları keçib. Gündəlik döyüş əməliyyatlarını aparmaq milyonlarla dollara başa gəlir. Ermənistanın belə bir müharibəni davam etdirmək üçün iqtisadi gücü yoxdur. İqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan Ermənistanın hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan Ordusunun hərbi büdcəsi isə 2.3 milyard dollardır, yəni 4 dəfəyə yaxın böyükdür. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının ehtiyatları kifayət qədər böyükdür, strateji ethiyatlarımız 52 milyard dollara yaxındır ki, Ermənistanda bu rəqəm 2.6 milyard dollar təşkil edir.


Pandemiya dövrü Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub, halbuki Azərbaycan iqtisadiyyatı bu dövrdə ən az zərər görən iqtisadiyyatlardandır. Qarabağda döyüşlər başlayan kimi erməni dramının devalvasiyaya uğraması iqtisadi vəziyyətin çox gərgin olduğunu deməyə əsas verir. Digər tərəfdən, Ermənistan iqtisadiyyatının əsas gəlir mənbəyi dağ-mədən sənyesidir. Dağ mədən sənayesi isə həm Azərbaycanın işğal olunmuş ərazilərindən, həm də dövlət sərhədinə yaxın Ermənistan ərazilərindən hasil edilən məmulatlar hesabına xeyli gəlir əldə edir. Azərbaycanın apardığı uğurlu əməliyyatlar nəticəsində hər iki ərazisdə hasilat dayanıb ki, bu da Ermənistanı əsas gəlir mənbəyindən məhrum edir.


Beləliklə, Ermənistan hökuməti nə hərbi cəhətdən, nə də iqtisadi cəhətdən Azərbaycanla müharibə aparmaq gücündə deyil. Bunu özləri də yaxşı anlayırlar və buna görə bütün dünyaya yalvarırlar”.


Millət vəkili bütün təhlillərin Azərbaycanın şəksiz qələbəsini proqnozlaşdırdığını bildirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti