Xəzər Xəbər

Bu tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək – Milli Məclis təsdiq etdi

İqtisadiyyat | 16:16 • 30 Sentyabr 2020
Bu tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.


XəzərXəbər-in məlumatına görə, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.


Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti