Xəzər Xəbər

Paytaxtda torpağın və bağ evlərinin qiyməti ucuzlaşdı

İqtisadiyyat | 15:51 • 21 Avqust 2020
Paytaxtda torpağın və bağ evlərinin qiyməti ucuzlaşdı

Ötən ay ərzində Bakıda bağ evlərinin və torpağın qiymətində ucuzlaşma qeydə alınıb.


"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayında bahalı bağ evlərinin qiyməti 1.64 faiz azalıb. Onun sözlərinə görə, orta qiymətə olan bağ evlərində 0.61 faiz, ucuz evlərin qiymətində isə 1.36 faiz azalma var.


N.İbrahimov vurğulayıb ki, torpaq bazarında qiymətlərdə isə ay ərzində 8.16 faiz azalma müşahidə olunub.


Onun sözlərinə görə, ümumi daşınmaz əmlak bazarı üzrə ay ərzində 2.87 faiz azalma var.


Ekspert bildirib ki, qiymətlərin ucuzlaşmasına pandemiya və mövsümi amillər təsir edib.

Xəbər lenti