Xəzər Xəbər

Macarıstanda istehlak qiymətləri sürətlə artır

İqtisadiyyat | 18:11 • 6 Avqust 2020
Macarıstanda istehlak qiymətləri sürətlə artır

Macarıstanın Mərkəzi Statistika İdarəsinin məlumatına görə, iyun ayında sənaye və kənd təsərrüfatı məhsullarının illik qiymət artımı 3,1 faiz olub. Bu, may ayı ilə müqayisədə 1,7 faiz çoxdur.


Macarıstanın MTI agentliyi xəbər verir ki, koronavirus pandemiyası bazarlara və valyuta mübadilə məzənnələrinə ciddi təsir göstərib. Aprel ayından bəri daxili bazarda qiymətlər artmaqdadır. Bu halda idxal qiymətləri 1,1 faiz azalıb, ixrac qiymətləri isə 5,2 faiz artıb.


Cari ilin əvvəlindən ixrac qiymətləri daha yüksək sürətlə artır. Bu, mübadilə məzənnələrinin təsiri üzündən baş verir. Nəqliyyat avadanlığı, kompüter, elektronika və optika məhsulları seqmentində qiymətlərin daha çox artması müşahidə olunur. Ərzaq məhsulları, içkilər və tütün məmulatı seqmentində artım bir qədər aşağıdır./AZƏRTAC

Xəbər lenti