Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti 47 dolları ötdü

İqtisadiyyat | 11:14 • 6 Avqust 2020
Azərbaycan neftinin qiyməti 47 dolları ötdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,71 ABŞ dolları, yaxud 3,76% artıb.


"Azeri Light” markalı neftin bir barelinin qiyməti 47,16 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar