Xəzər Xəbər

BTQ-nin Gürcüstan hissəsində yük boşaltma məntəqəsi yaradılıb

İqtisadiyyat | 16:59 • 5 Avqust 2020
BTQ-nin Gürcüstan hissəsində yük boşaltma məntəqəsi yaradılıb

Bakı-Tbilisi-Qats dəmir yolu xəttinin Gürcüstan hissəsində iritonnajli konteynerlərin boşaldılması məntəqəsi yaradılıb.


Kartsaxidə quraşdırılan mexanikləşdirilmiş məntəqə 46 ton yükqaldırma gücünə malik kranla təchiz olunub.


Dəmir yolu layihəsinin Gürcüstan tərəfindəki rəhbərliyindən bildirilib ki, BTQ-nin Gürcüstan hissəsində işlər fəal şəkildə davam etdirilir: "Qış aylarına qədər işlərin başa çatdırılması üçün maksimal yüklənmə ilə çalışırıq”./report

Xəbər lenti