Xəzər Xəbər

Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçir

İqtisadiyyat | 13:08 • 4 Avqust 2020
Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçir

Azərbaycan zərgərlik məmulatlarının istehsalı və satışı istiqamətində MDB ölkələri ilə böyük əməkdaşlıq potensialına malikdir.


Bunu Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.


Onun sözlərinə görə, bu günədək Azərbaycan zərgərlk məmulatları deyil, yalnız qızıl şəklində xammal ixrac edirdi. O qeyd edib ki, ölkənin zərgərlik məmulatları ixracı istiqamətində marağı və böyük potensialı var.


İlin sonunadək proqnozlara gəldikdə, T.Abbasquliyev bildirib ki, zərgərlik məmulatları satışının 75-80 faizi toy mərasimlərinin hesabına baş tutur və proqnozlar bu tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ehtimalına bağlıdır:


"İlin sonunadək hazır zərgərlik məmulatlarının ixracı gözlənilmir, çünki bütün ölkələr güclü iqtisadi azalma ilə üzləşib”.

Xəbər lenti