Xəzər Xəbər

“Aqrolizinq” 19 milyon manatlıq gübrə alır

İqtisadiyyat | 14:05 • 1 Avqust 2020
“Aqrolizinq” 19 milyon manatlıq gübrə alır

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq” ASC 20 min ton ammonium nitrat və 7 min ton nitroammofoska (1), eləcə də 5 min ton ammofos mineral gübrələrinin (2) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.


Tenderlərin qalibləri müvafiq olaraq "Agro TT” və "Ş.A.R. Aqro” MMC-lərdir.


Qalib şirkətlərə müvafiq olaraq 14 184 min manat və 4 505 min manat, ümumilikdə 18 689 min manat ödəniləcək.

Xəbər lenti