Xəzər Xəbər

Bu yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılır

İqtisadiyyat | 16:52 • 10 İyul 2020
Bu yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılır

Təmir işləri ilə əlaqədar iyulun 11-12 -də paytaxtın Ziya Bünyadov prospektinin "20 yanvar dairəsi” istiqamətindən "3-cü mikrorayon dairəsi” üzərində yerləşən yolötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən "Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, sürücülər alternativ olaraq Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

Xəbər lenti