Xəzər Xəbər

Neft Fondu ötən ili mənfəətlə başa vurub

İqtisadiyyat | 16:25 • 9 İyul 2020
Neft Fondu ötən ili mənfəətlə başa vurub

2019-cu ilin yekunlarına görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 4 316 219 min manat təşkil edib.


Bu barədə xezerxeber.az ARDNF-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir.


Xatırladaq ki, 2018-ci ili ARDNF 768 439 min manat xalis zərərlə bitirmişdi.


Qeyd edək ki, hesabat dövründə ARDNF-in cəmi aktivləri 12,5% artaraq 74 311 156 min manata çatıb. Fondun cəmi öhdəlikləri isə 7,3% artaraq 1 088 816 min manat təşkil edib.

Xəbər lenti