Xəzər Xəbər

AQTA: Kəsim zamanı sanitar-gigiyenik tələblərə riayət olunmalıdır

İqtisadiyyat | 13:37 • 9 İyul 2020
AQTA: Kəsim zamanı sanitar-gigiyenik tələblərə riayət olunmalıdır

Heyvan kəsimi zamanı sanitar-gigiyenik tələblərə riayət olunmalıdır.


Xezerxeber.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 


Qeyd olunub ki, heyvanın kəsimxanaya qəbulu baytarlıq sənədlərinin və klinik müayinə əsnasında aparılır. Daşınma müddətindən və növündən, yaşından asılı olaraq heyvan dincəldilməli, kəsimdən əvvəl heyvanlara baytar kliniki baxış keçirilməli, kəsim prosesinə cəlb olunmuş işçi heyət fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır. 

Sağlam heyvan sanitar-gigiyenik qaydalar gözlənilməklə kəsilməli, kəsilmiş heyvanın emalında texnoloji prosesin ardıcıllığı gözlənilməli, iş gününün sonunda kəsimxanada dezinfeksiya işləri aparılmalıdır. Bildirilir ki, ətin keyfiyyəti saxlanma müddətindən və şəraitindən asılıdır.

Xəbər lenti